PR və kommunikasiyası strategiyasının hazırlanması mövzusunda təlim keçiriləcək

30-10-2018 / 15:35

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi “Made in Azerbaijan” brendinin beynəlxalq bazarlarda təşviqi üçün “PR və kommunikasiyası strategiyasının hazırlanması” mövzusunda təlim təşkil edəcək.

Xeberler.az  bildirir ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin təşkilatçılığı ilə “PreMark” şirkətinin həyata keçirəcəyi təlim çərçivəsində ixrac yönümlü məhsullar üçün PR və Kommunikasiya strategiyasının hazırlanması, milli və yerli məhsulların brendləşməsi, effektiv kommunikasiya alətləri və mexanizmləri kimi mövzulardan danışılacaq. Təlimçi PR və Kommunikasiya üzrə mütəxəssis Azər Nəzərovdur. A.Nəzərov hökümət qurumları və nüfuzlu yerli və beynəlxalq biznes təşkilatları ilə uzun müddətli PR və Kommunikasiya məsləhətçiliyi xidməti üzrə təcrübəyə sahibdir. Hubert H. Humphrey təqaüdü ilə ABŞ-ın Maryland Universitetinin Media və Kommunikasiya üzrə proqramının məzunu, İstanbul Universitetinin PR və Kommunikasiya ixtisası üzrə doktorantı və PreMark PR və Kommunikasiya Şirkətinin rəhbərdir.

Qeyd edək ki, təlimlə bağlı ətraflı məlumatı - http://training.ereforms.org/ saytından əldə etmək mümkündür. Tədbirdə iştirak etmək istəyənlər həm də göstərilən link vasitə ilə qeydiyyatdan keçə bilərlər.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin inzibati binasında (Ünvan: Bakı ş, Yasamal r, L.Landau küçəsi 16), 2018-ci il, noyabr ayının 8-da saat 10:00-da başlayacaq təlim ödənişsizdir.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.