Prezident Administrasiyasında elektron hökumət şöbəsinə müdir təyin edildi

11-05-2018 / 18:31

 Prezident İlham Əliyev Rövşən Nəcəfin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb. 

Xeberler.az-ın məlumatına görə, sərəncamla Rövşən Çingiz oğlu Nəcəf Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, Rövşən Nəcəf İqtisadiyyat Nazirliyi Azərbaycan İnvestisiya Şirkəti ASC-nin icraçı direktoru vəzifəsində çalışıb.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.