Prezident CISCO-nun vitse-prezidenti ilə görüşüb

23-01-2018 / 10:45

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 22-də Davosda CISCO şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramer ilə görüşüb.

Xeberler.az-ın məlumatına görə, görüşdə Azərbaycanın bir çox dövlət qurumları ilə CISCO şirkəti arasında səmərəli əməkdaşlığın olduğu qeyd edilib.

Bu şirkətin ölkəmizdə həyata keçirilən infrastruktur layihələrinin icrasında iştirak etməsinin əhəmiyyəti vurğulanıb.

CISCO şirkəti tərəfindən Azərbaycana ən müasir texnologiyaların gətirilməsində ölkəmizin maraqlı olduğu bildirilib.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə