Prezident CISCO şirkətinin icraçı sədri ilə görüşüb

18-01-2017 / 11:57

Azərbaycan prezidenti İlham Əliyev İsveçrəyə işgüzar səfəri çərçivəsində bu gün Davosda CISCO şirkətinin icraçı sədri Con Çambers ilə görüşüb.

Xeberler.az bildirir ki, bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

CISCO şirkətinin icraçı sədri Con Çambers ölkəmizin xarici şirkətlər üçün etibarlı tərəfdaşa çevrildiyini deyərək Azərbaycan ilə əməkdaşlıq etməyin son dərəcə əlverişli və faydalı olduğunu bildirib.

İlham Əliyev Azərbaycanın inkişafın yeni mərhələsinə qədəm qoyduğunu qeyd edib, əməkdaşlığımızın da bu mərhələyə uyğunlaşdırılmalı olduğunu vurğulayıb.

Görüşdə  ictimai xidmətlər, sənaye, kənd təsərrüfatı, turizm, ixracın şaxələndirilməsi sahələrində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

 Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə