Prezident sərəncam imzaladı

16-11-2018 / 10:10

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin peyk vasitəsilə məsafədən müşahidə xidmətlərinin ölkədə inkişaf etdirilməsi, peyk müşahidəsi vasitəsilə əldə olunan təsvirlərin və əlaqəli informasiya məhsullarının dövriyyəsinin artırılması, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında dövlət idarəetməsi üçün mütərəqqi imkanlardan aktiv istifadənin təşviq edilməsi, peyk təsvirlərindən faydalanmaqla müxtəlif sahələrdə yeni gərəkli xidmətlər göstərilməsinə şərait yaradılması və yüksək ayırdetməli Yerin optik müşahidə peyki “Azersky”ın resurslarından istifadənin genişləndirilməsi məqsədi ilə qərara alıram:

1. “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilsin (əlavə olunur).
2. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti:
2.1. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirsin; 
2.2. həmin Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.