Proqram mühəndisliyində insan amili araşdırılır

23-04-2018 / 11:24

AMEA İnformasiya Texnologiyaları İnstitutunda proqram mühəndisliyi müzakirə edilib.

Bu barədə Xeberler.az-a AMEA-dan məlumat verilib.

Qeyd edilib ki, uğurlu komandanın yaradılmasında əsas problemlərdən biri də insanlar arasında olan əlaqələrin düzgün qurulmamasıdır.

Komanda üzvlərinin sayı artdıqca onlar arasında mümkün ola biləcək əlaqələrin sayı da artır. 

Bildirilib ki, komandanın təşkil edilməsinin təşkilati (X-nəzəriyyəsi), açıq arxitektur (Z-nəzəriyyəsi), xaos (Y-nəzəriyyəsi), prinsiplərə əsaslanan rəhbərlik və s. modelləri var.

Məlumaat görə, PT-nin işlənilməsi zamanı risk yaradan qrupa insanlarla işin təşkili də aiddir. Əksər hallarda mümkün ola biləcək risklərin azaldılması üçün avtomatlaşdırılmış proseslər həyata keçirilir, yeni iş texnikası və metodları tətbiqi edilir və bu zaman insan amili nəzərə alınmır.

Lakin kollektivdə rahat psixoloji atmosferin formalaşdırılması mümkün ola biləcək risklərin qarşısını almaqla yanaşı, İT-şirkətin məhsuldarlığını nəzərə çarpacaq dərəcədə yüksəldir. Məhz bu səbəbdən layihə rəhbərləri peşəkar və sertifikatlaşdırılmış mütəxəssislərdən ibarət olmalıdır.

Bildirilib ki, layihələrin idarə olunması üzrə mütəxəssislərə beynəlxalq sertifikat verilərkən peşəkar bilikləri, təcrübə və vərdişləri, etik kodeksə müvafiq fəaliyyəti kimi amillər nəzərə alınır.

Sertifikat almaqla onun layihələrin idarə edilməsi sahəsində təcrübə və peşəkarlığı nüfuzlu orqan tərəfindən təsdiq edilir, iş həyatında və peşəkar reytinqində yüksəliş, peşəkarlığının beynəlxalq səviyyədə tanınması kimi üstünlüklər əldə edir. Şirkətlər sertifikatlı layihə rəhbərlərinin xidmətindən istifadə etdikdə layihələrin idarə olunması sahəsində peşəkar mütəxəssislərə olan tələbatı ödənir, məhsuldarlığı, reytinqi və rəqabətə davamlılığı artır.

Xeberler.az

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.