Proqram təminatını sərfəli qiymətə necə əldə etməli?

12-05-2017 / 17:02

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 18 saylı şöbənin “Proqram təminatında lisenziyalaşdırma problemləri” mövzusuna həsr olunmuş növbəti elmi seminarı keçirilib.

Xeberler.az-ın məlumatına görə, məruzəni təqdim edən sektor müdiri Zülfiyyə Hənifəyeva  proqram təminatı (PT) bazarı, PT-də lisenziya ilə bağlı problemlər, müasir proqram təminatları üçün tələblər və s. haqqında ətraflı məlumat verib.

O, bildirib ki, PT dedikdə, müəyyən elektron qurğularda istifadə üçün proqram məhsulları və onların istismarında lazım olan sənədlər və qaydalar nəzərdə tutulur. PT üçün lisenziya müəllif hüquqları ilə qorunan proqram məhsullarının istifadəsi və yayılmasını müəyyən edən hüquqi alətdir.

Təyinatına görə sifarişlə yaradılan, böyük şirkətlər, təşkilatlar və kütləvi istifadə üçün nəzərdə tutulan proqram təminatlarının olduğunu söyləyən məruzəçi qeyd edib ki, PT bazarı informasiya texnologiyaları (İT) avadanlıqları bazarı və konsaltinq xidmətləri ilə birgə İT bazarının seqmentlərini təşkil edir.

PT bazarı özü də tətbiqi PT bazarı, proqramların işlənmə vasitələri bazarı, sistem və infrastruktur PT bazarı sektorlarına bölünür.

PT-ni daha sərfəli qiymətə əldə etmək üçün istifadəçi lisenziyalı proqramı düzgün seçmək, onun üçün çəkilən xərcləri minimuma endirmək, yeni lisenziyalı proqrama keçid üçün şərtləri öyrənmək, lisenziyalı proqramı düzgün yükləmək və istifadə etmək bacarığına malik olmalıdır:

“PT-də lisenziya proqramlardan istifadə etmə qaydalarıdır. İstifadəçiyə təqdim edilən bəyannamədə proqramın istifadəsi ilə bağlı bütün məsələlərə aydınlıq gətirilir”, – deyə bildirən Z.Hənifəyeva PT-də lisenziya ilə bağlı problemlərdən də söz açdı. Bildirdi ki, lisenziya yalnız PT mühəndislərinin hüquqlarını təmin edən mexanizm deyil, həm də müştərinin şübhə və narahatlığının aradan qaldırılması üçün vasitədir”.

Müasir proqram təminatları üçün qoyulan tələblərdən bəhs edən məruzəçinin sözlərinə görə, proqram bulud, lokal şəbəkə və ya hibrid mühitdə yerləşməsindən asılı olmayaraq, istənilən İKT vasitəsində əlçatan olmalıdır.

Həmçinin lisenziyalaşdırma mexanizmi istifadəçilərin istəyinə uyğun olaraq dəyişdirilməlidir. Lisenziyanın verilməsi və şərtlərinə riayət olunmasına nəzarət istifadəçilərin avadanlıqları və ya onların işlədiyi şirkətlərə deyil, birbaşa özlərinə aid olmalıdır. İstifadəçilərin proqramdan necə istifadə etmələrindən asılı olmayaraq vahid lisenziyalaşdırma forması yaradılmalıdır.

Z.Hənifəyeva PT sahəsində xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması üçün proqramlardan istifadə imkanlarının inkişaf etdirilməsi, şəffaflığın artırılması, eləcə də lisenziyanı aktivləşdirmək üçün qiymətləndirmə mexanizminin sadələşdirilməsinin zəruriliyini vurğulayıb.

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 18 saylı şöbənin “Proqram təminatında lisenziyalaşdırma problemləri” mövzusuna həsr olunmuş növbəti elmi seminarı keçirilib.

Məruzəni təqdim edən sektor müdiri Zülfiyyə Hənifəyeva proqram təminatı (PT) bazarı, PT-də lisenziya ilə bağlı problemlər, müasir proqram təminatları üçün tələblər və s. haqqında ətraflı məlumat verib.

O,  bildirib ki, PT dedikdə, müəyyən elektron qurğularda istifadə üçün proqram məhsulları və onların istismarında lazım olan sənədlər və qaydalar nəzərdə tutulur. PT üçün lisenziya müəllif hüquqları ilə qorunan proqram məhsullarının istifadəsi və yayılmasını müəyyən edən hüquqi alətdir.

Təyinatına görə sifarişlə yaradılan, böyük şirkətlər, təşkilatlar və kütləvi istifadə üçün nəzərdə tutulan proqram təminatlarının olduğunu söyləyən məruzəçi qeyd edib ki, PT bazarı informasiya texnologiyaları (İT) avadanlıqları bazarı və konsaltinq xidmətləri ilə birgə İT bazarının seqmentlərini təşkil edir.

PT bazarı özü də tətbiqi PT bazarı, proqramların işlənmə vasitələri bazarı, sistem və infrastruktur PT bazarı sektorlarına bölünür.

PT-ni daha sərfəli qiymətə əldə etmək üçün istifadəçi lisenziyalı proqramı düzgün seçmək, onun üçün çəkilən xərcləri minimuma endirmək, yeni lisenziyalı proqrama keçid üçün şərtləri öyrənmək, lisenziyalı proqramı düzgün yükləmək və istifadə etmək bacarığına malik olmalıdır:

“PT-də lisenziya proqramlardan istifadə etmə qaydalarıdır. İstifadəçiyə təqdim edilən bəyannamədə proqramın istifadəsi ilə bağlı bütün məsələlərə aydınlıq gətirilir”, – deyə bildirən Z.Hənifəyeva PT-də lisenziya ilə bağlı problemlərdən də söz açdı. Bildirdi ki, lisenziya yalnız PT mühəndislərinin hüquqlarını təmin edən mexanizm deyil, həm də müştərinin şübhə və narahatlığının aradan qaldırılması üçün vasitədir”.

Müasir proqram təminatları üçün qoyulan tələblərdən bəhs edən məruzəçinin sözlərinə görə, proqram bulud, lokal şəbəkə və ya hibrid mühitdə yerləşməsindən asılı olmayaraq, istənilən İKT vasitəsində əlçatan olmalıdır.

Həmçinin lisenziyalaşdırma mexanizmi istifadəçilərin istəyinə uyğun olaraq dəyişdirilməlidir. Lisenziyanın verilməsi və şərtlərinə riayət olunmasına nəzarət istifadəçilərin avadanlıqları və ya onların işlədiyi şirkətlərə deyil, birbaşa özlərinə aid olmalıdır. İstifadəçilərin proqramdan necə istifadə etmələrindən asılı olmayaraq vahid lisenziyalaşdırma forması yaradılmalıdır.

Z.Hənifəyeva PT sahəsində xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması üçün proqramlardan istifadə imkanlarının inkişaf etdirilməsi, şəffaflığın artırılması, eləcə də lisenziyanı aktivləşdirmək üçün qiymətləndirmə mexanizminin sadələşdirilməsinin zəruriliyini vurğulayıb.

 Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə