Proqramçı olmaq istəyən xanımların nəzərinə

28-01-2017 / 10:06

Məlumat verdiyimiz kimi, WOWOMAN qadınların peşəkar və şəxsi inkişafı üçün  fəaliyyət göstərir.

İT elmini xanımlar arasında təbliğ etmək və bu sahədə xanım mütəxəssislərin sayını artırmaq məqsədi ilə bu platformanın daxilində Tech-Tech Xanım layihəsi yaradılıb.

Yarandığı gündən xanımlar üçün müxtəlif kurslar, seminar və workshoplar keçirən platforma, bu dəfə "C++ proqramlaşdırma dili" kursu elan edib.

Platformanın komandasından Xeberler.az-a verilən məlumata görə, kursda  proqramlaşdırma məntiqi, alqoritmləşdirmə, C++ dili haqqında nəzəri biliklər,  C++ dilində praktiki təcrübə, C++ dilinin müasir texnologiyalarda istifadə yeri barədə ətraflı məlumat veriləcək.

Təlim Developer School və İT Akademiyanın təlimçisi, C ++ üzrə 3 ildən artıq təcrübəsi olan Nahid Camallı tərəfindən keçiriləcək.

Təlimdə iştirak üçün buradan qeydiyyatdan keçə bilərsiniz.

2 aylıq kursun qiyməti 99 AZN-dir.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə