Proqramçılar arasında keçirilən yarış canlı yayımlanır – Video

12-03-2016 / 10:27

Məlumat verdiyimiz kimi, Barama İnnovasiya Mərkəzi tərəfindən Bakıda gənc proqramçılar üçün HackDay təşkil edilib.

Xeberler.az-ın məlumatına görə, bu gün səhər 9:00-dan etibarən HackDay 2016 yarışı başlayıb.

Hazırda yarış YouTube-da canlı yayımlanır.

36 saat davam edən yarışma 13 mart 21:00 dayandırılacaq. 14 mart 10:00-da baş tutacaq mükafatlandırma mərasimi ilə HackDay2016 yarışı yekunlaşacaq. Proqramçılar bu müddət ərzində yarışın “Code. Eat. Sleep” (Kodlaşdır. Ye. Yat) şüarına uyğun olaraq yatmadan işləyəcəklər.

Məlumat verdiyimiz kimi, martın 10-da  Barama-da proqramçılar üçün "Python ilə proqramlaşdırmanın əsasları"  təlimi keçirilib. Belə ki, 13 komandanın iştirak etdiyi  yarışın ilk 2  günündə proqramçılar təlimlərdə iştirak edərək biliklərini daha da təkmilləşdirib.

Tədbir Azercell-in baş sponsorluğu, PAŞA Bank və Huawei Mobile Azərbaycanın sponsorluğu  ilə təşkil olunur.

 

 Məltəm Talıbzadə 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə