Proqramçılar yay məktəbində

02-09-2015 / 12:26

Qafqaz Universitetində 24-31 avqustda proqramlaşdırma üzrə “X Proqramçıların Yay Məktəbi” təlimləri təşkil olunub.

Universitetin mətbuat xidmətindən Xeberler.az-a verilən məlumata görə, təlimlərin aparılması üçün Belarus Dövlət Universitetinin “Diskret riyaziyyat və alqoritm” kafedrasının müdiri fizika-riyaziyyat elmlər doktoru professor Vladimir Kotov təlimçi kimi Qafqaz Universitetinə dəvət edilib.

Təlimlər ACM ICPC Beynəlxalq proqramlaşdırma müsabiqəsinə hazırlıq məqsədi ilə keçirilib.

Təlimlərdə Qafqaz Universitetinin Kompüter Mühəndisliyi, İT və Sistemləri Mühəndisliyi, Riyaziyyat və İnformatika Müəllimliyi bölməsinin tələbələri, iştirak edib.

8 gün intensiv davam edən təlimlərdə Vladimir Kotov tərəfindən seminarlar keçirilib. Təlimlər praktik online müsabiqə və məsələlərin həllinin müzakirəsi formatında aparılıb. Təlimlərdə http://www.acm-test.bsu.by və http://www.e-olymp.com/az/ metodik saytlarından məsələlərin həlli üçün istifadə edilib.

Təlim Etibar Seyidzadənin rəhbərliyi ilə proqramlaşdırma üzrə Respublika və Beynəlxalq olimpiadalara hazırlanmaları üçün sayca 10-cudur.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə