Proqramlaşdırmanı öyrədən saytlar

14-12-2015 / 13:33

Xeberler.az olaraq kodlaşdırmanı öyrənmək üçün ödənişli və ödənişsiz faydalana biləcəyiniz veb saytları təqdim edirik.

Udacity

İlk həftə ödənişsiz təhsil təqdim edən ancaq sonrakı günlərdə ödəniş tələb edən Udacity, Android və iOS tətbiqləri yazmaq üçün faydalanacağınız ən mühüm saytlardan biridir. Başlanğıc səviyyədən başlayaraq ətraflı izahatlar verən Udacity, kod yazmaq sahəsində özlərini inkişaf etdirmək istəyənlər üçün çox əlverişlidir.

 

 Platzi

Müxtəlif proqramlaşdırma dillərində təhsil təqdim edən Platzi, kodlaşdırma sahəsində təcrübəli şəxslərin təhsil verdiyi ödənişli platformadır. Platzi-də Node.js və Sails.jg ilə veb proqramlarını həyata keçirə bilərsiniz.

 

Sitepoint

Ödənişli təhsil verən digər saytlardan biri də Sitepoint-dir. Sitepoint platforması demək olar ki, bütün mövzuları fərqli bölmələrdə istifadəçilərə təqdim edir. İçərisində ödənişsiz dərslərində olduğu bu mövzular daha çox HTML, CSS, Java, PHP, Ruby proqramlaşdırma dillərinə aiddir.

 

 Thinkful

Tamamilə ödənişli olan Thinkful, kod yazmağı müəllimin köməyi ilə öyrənmək istəyənlərin istifadəsi üçün nəzərdə tutulub. Bu saytda olan müəllimlər ilə  birlikdə canlı əlaqə yaratmaqla kodlaşdırmanı daha asan öyrənə bilərsiniz. Təbii ki, müəllimlə canlı əlaqə xidməti üçün əlavə də ödəniş etməli olursunuz.

 

Code.org

Tamamilə ödənişsiz olan Code.org, proqram yazan şirkətlərin icraçı direktorlarından gələn dəstəklə fəaliyyət göstərir. Texniki işləri bilən könüllülərin dəstəyi ilə məlumat bazalarını hər gün artıran Code.org, başlanğıc səviyyədən başlayaraq kodlaşdırmanı öyrənməkdə köməklik edir.

 

Treehouse

İstifadəçilərinə təqdim etdiyi videolar ilə onlara kodlaşdırmanı və veb dizaynın əsaslarını öyrədən Treehouse, aylıq ödəniş tələb edən saytlardan biridir. Reallaşmış olan layihələrdə istifadə olunan sistemlərin əsasında tələbələrinə kodlaşdırmanı və veb dizaynı öyrətməyi hədəfləyən Treehouse, göz yaddaşına malik insanlar üçün daha əlverişlidir.

 

Code School

Kodlaşdırma öyrənmək istəyənlərin arasında ən populyar olan Code School, 1 milyondan çox istifadəçiyə malikdir. Bütün bu istifadəçilərin Ruby, Java, HTML kimi dillərdə təhsil aldığı Code School, müəyyən bir ödəniş əsasında təhsil verir. Ancaq pulsuz şəkildə hesab da açmaq mümkündür.

 

 Codecademy

Ödənişsiz formada faydalanacağınız Codecademy, interaktiv proqramları sayəsində kodlaşdırmanı öyrətməyi hədəfləyir. İstifadəçilərin bildirdiyinə görə müxtəlif nəaliyyətlər əldə edən Codecademy, bir müddət sonra kod öyrənmə mövzusunu daha əyləncəli edir.

Qeyd edək ki, Xeberler.az-ın  Milli resurslar” rubrikası çərçivəsində proqramlaşdırmanı öyədən milli saytlarımızı da təqdim etmişdik.

Buradan ətraflı tanış ola  bilərsiniz.

 

Ağasəf Haqverdiyev


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə