Provayderlər yeni qaydaları gözləyir

25-09-2017 / 14:19

Məlumat verdiyimiz kimi, uzun müddətdir Bakı Telefon Rabitəsi internet sürəti və kəsintilərlə bağlı problemlərin aradan qaldırılması məqsədi ilə Bakı şəhəri üzrə kabel-kanal infrastrukturunda əsaslı təmir işləri aparılır.

Qeyd edildi ki, nəzərdə tutulan işlərin nəticəsi olaraq bütün norma və tələblərə cavab verən, kəsintisiz, davamlı rabitəni təmin edən, istər dövlət qurumlarının, istərsə də özəl şirkət və təşkilatların inkişafına dəstək vermək məqsədi il kabel-kanal sistemi yaradılacaq.

Bildirilirdi ki, həmçinin  kabel-kanal infrastrukturdan istifadə ilə bağlı tariflərə də yenidən baxılacaq. Belə ki, özəl provayderlərin bu sistemdən istifadəsi üçün  yeni tariflərin müəyyən edilməsi gözlənilirdi.

Məlum olduğu kimi, hazırda özəl provayderlərlə qurum arasında qeyd edilən məsələ ilə bağlı problemlər davam edir. Kabel-kanal infrastrukturdan istifadə şərtlərindəki çətinliklər və tariflər uzun illərdir provayderlərin yaralı yeri olaraq qalır.

Xeberler.az olaraq məsələ ilə maraqlandıq ki, bu istiqamətdə işlər nə yerdə qalıb, hansısa yeniliklər varmı, gözlənilirmi?

Bir müddət öncə mövzu ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə sorğu göndərsək də, təəssüflər olsun ki, qurum sualları cavabsız qoyur.

Məsələni özəl provaderərlərlə dəqiq etməyə çalışdıq ki, bu istiqamətdə, qurumla əməkdaşlıqlarında yenilik varmı?

Provayderlər Xeberler.az-a bildirib ki, hazırda infrastruktur illər öncə olduğu kimidir. Yəni, bu müddət ərzində nə sistemdən istifadə, nə də tariflər barədə hər hansı yenilik tətbiq edilməyib.

Xatırladaq ki, uzun illərdir provayderlər dövlətə məxsus rabitə quruğularından, kabel-kanal sistemindən istifadə ilə Aztelekom və Bakı Telefon Rabitəsi ilə problemlər yaşayır. Son dövrlər məsələ daha da ciddiləşib.

Belə ki, qeyd edilən qrumlar onlara təsir etməyə başlayıb ki, nəinki indi qoşulanlar, həmçinin 2013-cü ildən sonra qoşulanların hər birisi üçün də əvvəlki qaydada 5 manat ödənilməlidir. Artıq bəzi provayderlərə xəbərdarlıq edilib ki, bu məbləğ ödənilməsə, onların ATS-lərdə olan qurğuları söndürüləcək.

Məltəm Talıbzadə


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.