Qadağan olunmuş şəhər virtuallaşıb

13-10-2008 / 16:05
Indi Internet istifadəçiləri Pekinin 1000 km uzaqlığında yerləşən Qadağan olunmuş şəhərə baş çəkə bilərlər. 10 oktyabr tarixində İBM şirkəti və Çin hökuməti Beyond Space and Time layihəsi əsasında ölkənin paytaxtında yerləşən məşhur imperator sarayının üçölçülü virtual modelini yaradıblar.
Onlayn turistlər nəinki kompleks boyunca gəzə bilər, həm də Tsin sülaləsinin imperatorunun bayram naharında iştirak edə, ox atışında məşq edə bilərlər. Bundan əlavə, Qadağan olunmuş şəhər ziyarətçisi tarixi geyimləri geyinə və digər turistlərlə ünsiyyət qura bilərlər. Ancaq burada qaçmaq və uçmaq qadağandır, bu digər şəhər “qonaqları”nı yayındıra bilər.
Oyunların proqram təminatı əsasında yaranan Beyond Space and Time layihəsi üç il ərzində hazırlanıb. Reuters agentliyinin məlumatına görə, layihə 3 mln. dollar məbləğinə başa gəlib.
Qadağan olunmuş şəhər –  dünyada ən böyük saray kompleksidir ki, oradan Min və Tsin sülalələri 24 imperator tərəfindən idarə olunurdu. 1406-1420-ci illərdə tikilib. Sarayın ümumi sahəsi 720 min kv.m-dir, 9999 otaqdan ibarət olub. Bu diqqətəlayiq şəhəri hər gün on minlərlə insan ziyarət edir. O, 1987-ci ildə YUNESKO-nun ümumdünya xəzinələr siyahısına salınıb.

ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.