Qadın proqramçılarımızın yarışı keçiriləcək

11-10-2016 / 16:40

Azərbaycanda xanımlar arasında mobil tətbiqlərin hazırlanması  ilə bağlı yarış  keçiriləcək.

Xeberler.az-ın məlumatına görə, Barama İnnovasiya və Sahibkarlıq mərkəzi və WoWoman platformasının təşkilatçılığı ilə baş tutacaq TechFall 2016 Hackathon developerlərin 36 saat ərzində yatmadan fasiləsiz yeni mobil tətbiqetmə hazırlamasını özündə ehtiva edən yarışmadır.

Bu layihədə yaşı 18-dən yuxarı və bu sahə üzrə fəaliyyət göstərən hər kəs iştirak edə bilər.

Layihəyə müraciət edən komandalar 3 nəfərdən ibarət olmalıdır və ilk seçim mərhələsindən yarışmaya 15 komanda seçiləcək. İlk seçim mərhələsində komandalardan qeydiyyat bölməsində olan xanaları doldurmak tələb olunur.

Son qeydiyyat tarixi: 25 oktyabr.

İkinci mərhələdə seçilmiş komandalar mobil tətbiq hazırlamaq üzrə təcrübəsini göstərmək məqsədilə Barama-nın ofisinə dəvət olunacaqlar.

Qeyd edilib ki, burda komandalar Azərbaycan mövzusunda hazırladıqları istənilən tətbiqetməni nümayiş etdirmək kifayətdir.

5-6 noyabr tarixlərində keçiriləcək final mərhələsində isə komandalar püşkatma vasitəsilə mövzu seçib, həmin mövzu üzərində 36 saat ərzində tətbiq hazırlayacaq. Təqdim olunan tətbiq ilk öncə texniki juri tərəfindən qiymətləndiriləcək.

Veriləcək qiymət – 60% təşkil edəcək. 9 noyabr tarixində keçiriləcək təqdimat mərasimində isə komandalar öz tətbiqlərini peşəkar juri qarşısında təqdim edəcək. Burda isə qazanılacaq qiymətlər 40 % dəyərində olacaq.

TechFall yarışmasında ilk 3 yerin sahibləri Step IT akademiyasından İT kurslarda 1 aylıq kursda iştirak kuponu, Azercell və Barama İnnovasiya və Sahibkarlıq mərkəzi tərəfindən dəyərli hədiyyələrlə təltif olunacaq.

Qeyd edilib ki, yarışda münsiflər heyyəti Azərbaycanın aparıcı şirkətlərində çalışan  peşəkar üzvlərdən ibarətdir.

Məlumata görə, yarışa yalnız xanım develeoper-lər yox,  digər mobil tətbiq yazan şəxslər də müraciət edə bilər.  

Qeydiyyat üçün buraya müraciət edə bilərsiniz. 

Yarışmanın gündəlik  proqramı burada.

Xatırladaq ki, bundan əvvəl də Barama İnnovasiya və Sahibkarlıq mərkəzi developer-lər arasında belə bir yarış təşkil etmişdi. TechFall 2016 Hackathon mərkəzin bu sahədə həyata keçirdiyi növbəti yarışdır. Bu dəfə mərkəz WoWoman platforması ilə birgə bu tədbiri təşkil edilir. Görünür, bu yarışda xanım komandaların sayı daha çox olacaq.

TechFall 2016 Hackathon barədə daha detallı məlumat təqdim ediləcək.

 

 

Məltəm Talıbzadə

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə