Qadınlar texnologiyada daha çox yer alacaq- Yeni layihə

03-10-2016 / 11:09

Bill Gates-in həyat yoldaşı Melinda Gates  texnologiya sahəsində də gender bərabərliyini təmin etmək üçün yeni layihəyə başlayıb. 

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, kompüter elminin vacibliyindən danışan Gates 80-ci illərdə bu sahədə daha çox qadının olduğunu, sonralar bu sayın azaldığını vurğulayıb. 

O, hazırda tibb və hüquq sahəsində qadınların daha çox aktiv olduğunu, texnoloji ixtisaslarda isə qadın məzunların yalnız 18 faiz olduğunu diqqətə çatdırıb.

Bu nisbətin 1980-ci illərdə 37 faiz olduğunu və  dünya əhalisinin  yarısının ehtiyaclarını laboratoriyalarda çalışan qadınların təmin etdiyinin önəmindən danışan Gates bu sayın artırılmasının vacibliyini nəzərə çatdırıb.

Gates verdiyi müsahibədə gələcəyin texnologiyası sayılan süni zəka sahəsində qadınlara ehtiyac olacağını deyib. O, qadınların bu sahədə  kollektiv hərəkət edərək daha çox uğur qazana biləcəklərini vurğulayıb.

Melinda Gates başladığı layihənin hələ axtarış mərhələsində olduğunu və  layihənin həyata keçməsi üçün bir neçə ilə ehtiyacı olduğunu deyib.

 

 

Məlahət Hacı 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.