“Qadınların İKT sahəsində rolu” mövzusunda tədbir keçiriləcək

02-03-2017 / 11:45

8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində Elektron Hökumət Təlim-Tədris Mərkəzində qadınlar üçün “Qadınların İKT sahəsində rolu” mövzusunda tədbir keçiriləcək.

MərkəzdənXeberler.az-a verilən məlumata görə, tədbir xanımların İKT sahəsinə marağının yaradılması və bu sahədə karyera qurmaq imkanlarının təbliği məqsədilə təşkil edilir.

Tədbirdə uğur qazanmış qadınların və məşhur qadın startapçılarının təqdimatları nəzərdə tutulub.

Bu sahədə ilk atdımlarını atan xanımlar tədbirə qatılmaqla uğur qazanmağın yollarını öyrənəcəklər.

Eyni zamanda, Gəncədə fəaliyyət göstərən xanımlar Elektron Hökumət Təlim-Tədris Mərkəzin Gəncədə yerləşən regional mərkəzində iştirak etməklə telekonfrans vasitəsilə tədbirə qatılmaq imkanı qazanacaqlar.

Tədbir 7 mart saat 14:00-da başlayacaq.

İKT sahəsinə marağı olan xanımlar tədbirə dəvətlidir.

Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə