Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilib

20-07-2016 / 17:19

Beynəlxalq Təhsil Mərkəzi bu gün keçirilən iclasında təsisçisi olduğu Qafqaz Universitetinin Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilməsi barədə qərar qəbul edib.

Bununla bağlı Bakı Ali Neft Məktəbi məsələ ilə bağlı açıqlama verib.

Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən Xeberler.az-a verilən açıqlamada deyilir:

“Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin qərarı ilə Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin (BANM) idarəçiliyinə verilib.Qərara əsasən, Qafqaz Universitetinin tələbələri ali təhsilini, professor-müəllim heyəti isə elmi və pedaqoji fəaliyyətini BANM-də davam etdirəcək. Qafqaz Universiteti BANM-in idarəçiliyi ilə fəaliyyət göstərəcək”. 

Qeyd edək ki, Qafqaz Universitetinin təsisçisi Təhsil Nazirliyinə müraciət edərək bu gün universitetin bağlanması haqqında qərar qəbul olunduğu barədə məlumat verib.

 

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.