Qafqaz Universitetinin yeni rektoru ilə görüş keçirilib

21-07-2016 / 13:16

Bu gün Qafqaz Universitetində yeni rektorun tələbə və müəllim heyəti ilə görüşü baş tutub.

Xeberler.az-ın məlumatına görə, universitetin yeni rektoru Elmar Qasımov sələfi Ahmet Saniç haqqında xoş sözlər deyib və onun Qafqaz Universiteti üçün etdiklərinə görə təşəkkür edib.

Elmar Qasımov həmçinin qeyd edib ki, Qafqaz Universitetində təhsil sistemi əvvəlki qaydada saxlanılacaq:

“Bütün ixtisaslar, abituriyentlərin qəbulu olduğu kimi qalacaq. Qafqaz Universiteti əvvəl necə fəaliyyət göstəribsə, bu gündən sonra da elə fəaliyyət göstərəcək. Sadəcə olaraq, Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin rektorluğunun idarəçiliyi altında fəaliyyətini davam etdirəcək. Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin rektorluğunun idarəçiliyi altında daha da inkişaf edəcək”.

E. Qasımov əlavə edib ki, tədris Qafqaz Universitetinin kampusunda davam etdiriləcək.

 Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə