Qalib startap layihələri nə iş görəcək? - İcmal

01-02-2016 / 15:14

Məlumat verdiyimiz kimi, bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu 3-ü qrant müsabiqəsinin qaliblərini açıqladı.

Belə ki, 3-cü qrant müsabiqəsi çərçivəsində Fonda təqdim olunan 138 layihədən 103 layihə ilkin ekspertizadan, 42 layihə isə kompleks ekspertizadan keçərək Müşahidə Şurasına baxılması üçün təqdim edilib. Müşahidə Şurası 13 layihənin maliyyələşdirilməsi haqqında qərar qəbul edib.

Qeyd edək ki, Fondun Müşahidə  Şurasının qərarı ilə 13 layihəyə ümumilikdə 168 min AZN qrant vəsaiti ayrılıb.

Xeberler.az olaraq qalib layihələrin fəaliyyət istiqaməti  barədə daha ətraflı məlumatı təqdim edirik:

Operation Caucasus
Layihə rəhbəri: Namil Rzayev
Ayrılan məbləğ:  15 min AZN
Layihənin istiqaməti: Layihənin əsas məqsədi müharibə şəraitində olan ölkəmizin gənclərində hərbi vətənpərvərlik tərbiyəsini möhkəmləndirmək, hərbi mövzuda kompüter oyunları istehsalı üçün baza yaratmaqdır.

AntiLose
Layihə rəhbəri: Rüfət Babakişiyev
Ayrılan məbləğ:12 min AZN
Layihənin istiqaməti: AntiLose Bluetooth Low Energy (BLE), enerji sərfiyatı aşağı olan bluetooth standartı əsasənda işləyən, diametri 3-5 cm olan aparatlar və bir də bu aparatlarla əlaqədə olan proqram vasitəsilə irəli sürülən ideyanı reallaşdırır. Aparat radiusu 30-100 metr məsafədə Bluetooth siqnalı ötürür və bu siqnalı qəbul edən mobil cihaz (telefon, tablet) AntiLose proqramı vasitəsilə əşyanın ondan olan uzaqlığını təyin edə bilir.

 RobiGuide
Layihə rəhbəri: Namət Məmmədzadə
Ayrılan məbləğ: 12 min AZN
Layihənin istiqaməti: RobiGuide  şəhərlərdəki abidələri, binaları, restoranları, əyləncə mərkəzkərini, ofisləri və s. daha dəqiq tapa və həmən obyekt barəsində ətrafli səkildə səsli və yazili şəkildə məlumat verir.

PERCON HRM
Layihə rəhbəri: Cəfərov Ağateyyub
Ayrılan məbləğ: 15 min AZN
Layihənin istiqaməti: Layihənin məqsədi müəssisələrdə HR işinin səmərəliliyini artırmaq, HR məlumatlar bazası arasında sinxronlaşdırma təmin etməkdir. Həmçinin  HRM idarəetməsini sadələşdirmək, yüksək nəticələrə nail olmaq, nəzarəti gücləndirmək ehtiyacı nəzərə alınaraq HRM sistemləri üzrə İKT həllərini əhatə edən tətbiqin hazırlanmasıdır.

İnternetdə Azərbaycan tur-operatorların dünya GDC vasitəsi ile aviabiletlərin onlayn alış-satışı üçün prosessinq mərkızinin proqram təminatın yaradılması
Layihə rəhbəri: Vüqar Baxşəliyev
Ayrılan məbləğ: 14 min AZN
Layihənin istiqaməti: Layihə məzmunu dünya GDS - Galileo (Global Distribution System - Qlobal distribyutor sistemi) üzərində onlayn-satışı üçün prosessinq mərkəzinin proqram təminatın yaradılmasıdır. Bu prosessinq mərkəzi proqram təminatı (bundan sonra PM PT) imkan verəcək ki, Azərbaycanda olan turoperatorlar öz saytları vasitəsi ilə aviabiletlərin onlayn satışını təşkil edə bilsin.

MobChannel
Layihə rəhbəri: Vaqif Abbasov
Ayrılan məbləğ: 12 min AZN
Layihənin istiqaməti: İstifadəçi ona maraqlı olan kanala uyğun kateqoriyaları seçir və xüsusi hazırlanmış kanal lentində məlumatları izləyir. MobChannel platformasında məlumatlar müxtəlif kanallar vasitəsi ilə istifadəçilərə yayımlanır.

 Sumaks
Layihə rəhbəri: Cavid Məmmədov
Ayrılan məbləğ:14 min AZN
Layihənin istiqaməti: Sumaks layihəsi evlərin, müəssisələrin, və digər bu kimi obyektlərin və avtomobillərin təhlükəsizliyi, nəzarəti, idarə edilməsi və komfort sistemlərinin tam yerli istehsalını gerçəkləşdirmək üçün nəzərdə tutulub.

Events.az
Layihə rəhbəri: Samir Həbibli
Ayrılan məbləğ: 10 min AZN
Layihənin istiqaməti: Events Azərbaycan layihəsi ölkədə istənilən tematik anlama və kateqoriyaya aid olan bütün tədbirlər haqqında məlumatın vahid mərkəzdə toplanması funksiyasını daşıyır. Tədbirlərin əlavə edilməsi, təşkili  və s. üzrə xidmətlər, e-bilet sisteminin qurulması, MobilApp hazırlanması nəzərdə tutulub.

Spinal
Layihə rəhbəri: Fidan Rustamova
Ayrılan məbləğ:14 min AZN
Layihənin istiqaməti: Spinal  unikal məhsuldur: mikronəzarətli və 2 sensordan ibarət, çiyində oturan cihazdır. Sensor çiyinlərin vəziyyətini müəyyən edərək duruşun düzgünlüyünü yoxlayır. Əgər normadan kənara çıxılarsa, istifadəçi bu haqda xəbərdar olur. Xəbərdarlığın hansı vasitə ilə çatdırılmasını müştəri özü seçə bilir: bu vibrasiya(telefonda, yaxud cihazın özündə) və ya səsli siqnal(həmçinin iki variant mümkündür) ola bilər.

 Braille Pad
Layihə rəhbəri: Rəşid Əliyev
Ayrılan məbləğ: 15 min AZN
Layihənin istiqaməti: Braille Pad planşeti vasitəsi ilə görmə qüsurlu insanlar tam sərbəst şəkildə onlayn kitablar, məqalələr oxuyacaq, müxtəlif saytlara, hətta sosial şəbəkələrə daxil olaraq dostları ilə danışa və cəmiyyətə inteqrasiya ola biləcək.

Onlayn proqlaşdırma akademiyası
Layihə rəhbəri: Samir Kərimov
Ayrılan məbləğ: 15 min AZN
Layihənin istiqaməti: Onlayn proqramlaşdırma akademiyası (code.edu.az) onlayn alətlərin köməkliyi ilə istifadəçilərə proqramlaşdırmanın əsaslarını öyrədir. Ənənəvi metodikadan fərqli olaraq burada tələbə onlayn alətlərdən istifadə edərək həm öyrənəcək həm də ona verilən tapşırıqları edərək öyrənmiş olacaq.

Medianet
Layihə rəhbəri: Fərid Kazımov
Ayrılan məbləğ:10 min AZN
Layihənin istiqaməti: Medianet layihəsi mətbuata press-relizlərin, şəhrlərin göndərilməsinin rahat və operativ formatda həyata keçirilməsi üçün avtomatlaşdırılmış bir platformadır. Medianet müştərilərə (şirkətlərə, təşkilatlara) press-reliz yayımı xidmətindən əlavə müxtəlif servislər - relizlərin xarici dillərə (rus və ingilis) tərcuməsi,  peşəkar redaktəsini yaxud da təmamilə yenidən hazırlanmasını təklif edəcək.

Bridgeneer
Layihə rəhbəri: Cavid Məmmədov
Ayrılan məbləğ: 12 min AZN
Layihənin istiqaməti: Bridgeneer layihəsi çərçivəsində konstruksiya dizaynı əsasında qurulmuş, fizika və imulasiya kateqoriyasına aid olan mobil oyun proqramının yaradılması nəzərdə tutulur.

 Məltəm Talıbzadə 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə