Qapaqlı cib saatları mobil telefon oldu

06-08-2009 / 15:11

Qapaqlı cib saatları indi daha çox dəbə minəcək. Çünki, qapaqlı cib saatı indi mobil telefon rolunu oynayacaq.

Çex mənşəli bir istehsalçı Wigitel tamam fərqli bir telefon modeli hazırlayıb. Wigitel W3 adlı qapaqlı cib saat-telefonu 51 x 51 x 20 mm ölçülərində, 55 qram ağırlığındadır. Seçimə görə zəncirə taxılıb boğaza asıla bilər və ya qayışla istənilən yerə bağlanıla bilər.

Qapağın içində 128 x 128 piksellik rəngli OLED ekranı var. Wigitel, yumru şəkildə rəqəm düymələrini isə qapağın o biri tərəfinə dairəvi şəkildə düzüb. Qapaqlı cib saat-telefonunun Bluetooth-u, artırıla bilən yaddaş kartı (microSD ilə 2 GB-a qədər) və 0,3 Megapiksellik kamerası (640 x 480 piksel) da var.

Bu modeldən həm saat, həm boyunbağı üçün klon, həm də telefon kimi istifadə etmək olar. İncə və fərqli dizaynı xoşlayanlar bu modelə üstünlük verəcək.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə