Qarabağ haqqında internetdə ensiklopedik blog yaradılır

01-06-2009 / 14:02

Humanitar Tədqiqatlar Cəmiyyəti 01 may 2009-cu il tarixdən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hörümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Dağlıq Qarabağ münaqişəsi, onun tarixi, mədəniyyəti ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədilə “Qarabağblog” layihəsinin icrasına başlayıb.

Təşkilatdan xeberler.az-a verilən məlumata görə, layihə çərçivəsində təşkilat tərəfindən Qarabağın tarixi, mədəniyyəti, insanları, münaqişə, DQ-ın dünəni və bu ğününə həsr olunmuş məlumatları özündə əks etdirən portalın  (www.karabakhblog.com) yaradılması və avqust ayında konfransın keçirilməsi nəzərdə tutulub. Hal-hazırda təşkilat DQ haqqında məlumatların toplanması, internet səhifənin yaradılması, DQ ilə bağlı internet resurslara malik olan təşkilat və şəxslərlə məlumat mübadiləsinin qurulması və konransa hazırlıq işləri ilə məşğuldur.

Məlumat üçün bildirək ki,artıq Dağlıq Qarabağ haqqında video və foto məlumatlar internetdə yerləşdirilmiş və seyriçilərin istifadəsinə verilmişdir. www.youtube.com/karabakhblog ünvanında DQ münaqişəsi ilə bağlı və ölkəmizin haqlı mövqeyini əks etdirən dəyərli videolar yerləşdirilib, onun daha çox istifadəçi cəlb etməsi məqsədilə reklamı olunur.

Humanitar Tədqiqatlar Cəmiyyəti bütün Azərbaycan vətəndaşlarından Dağlıq Qarabağın təbiəti, mədəniyyəti, tarixi abidələri, əl işləri ilə bağlı foto və vidolarını, eləcədə sənət və elm adamlarından öz əsərlərini internetdə yerləşdirmək üçün hər bir vətəndaşdan layihəyə yardımçı olmağı rica edir. Bunun üçün siz, [email protected] ünvanı ilə əlaqə saxlaya bilərsiniz.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə