Qax sakinlərinə elektron xidmətlər barədə məlumat verilib

05-12-2015 / 11:32

Dövlət Miqrasiya Xidməti  dekabrın 4-də Şəki regional miqrasiya idarəsinin əhatə etdiyi Qaxda vətəndaşlar və mətbuat nümayəndələri üçün “Açıq qapı günü” - vətəndaş forumu keçirib

Bu barədə Xeberler.az-a  adıçəkilən qurumdan məlumat verilib.

Tədbirdə bildirilib ki, 2008-2015-ci illər ərzində 1 033 nəfər vətəndaşlığı olmayan şəxs Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə Azərbaycan vətəndaşlığına qəbul olunub. Bu müddət ərzində 32 016 şəxsin Azərbaycan vətəndaşlığına mənsubiyyəti tanınıb və onlar müvafiq dövlət qurumları tərəfindən Azərbaycan vətəndaşının şəxsiyyətini təsdiq edən sənədlərlə təmin edilib.

Xidmətdə informasiya-kommunikasiya texnologiyaları strategiyasının icrası və inkişafı, yeni hesabat altsistemi proqram təminatının hazırlanması, informasiya sistemlərinin yaradılması məqsədilə kompleks tədbirlər, o cümlədən istər vətəndaşların, istərsə də əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinin artıq həm də elektron qaydada qəbulu barədə Xidmət əməkdaşı təqdimatla çıxış edib.

Ümumiyyətlə, qurumun istifadəyə verdiyi 10-u elektron hökumət portalına qoşulmuş 11 elektron xidmətdən istifadə qaydaları əyani şəkildə izah olunub, bununla bağlı verilən suallar cavablandırılıb.

Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidentinin 2009-cu il 6 fevral tarixli  sərəncamına əsasən fəaliyyəti təmin edilən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə hər bir əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin hansı tarixdə ölkəyə daxil olduğuna, harada yaşadığına, işlədiyinə və nə vaxt ölkəni tərk etdiyinə tam nəzarət olunur, bu da ölkədə baş verən miqrasiya proseslərinin dinamikası barədə tam təsəvvürün yaradılmasına imkan verir. 

 

Məltəm Talıbzadə 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə