Qaxda internet istifadəçilərinə problemlər yaradılır

10-10-2016 / 15:09

Qax rayonunda özəl provayderlərin fəaliyyətinə maneələr yaradılır. 

Əldə etdiyimiz məlumata görə, Qax rayonunda özəl proveyderlərin istifadəçiləri internet xidmətlərindən istifadə edilməsində ciddi problemlərlə qarşılaşıb.

İstifadəçilərin verdiyi məlumata görə, Qax Rayon Telekommunikasiya Qovşağı tərəfindən özəl internet provayderlərin istifadəçilərinə müxtəlif bəhanələrlə  Aztelekom.net provayderinə keçmək tələb edilir.
Əks tədqirdə onların problemlə qarşılaşacağı qeyd edilir.

İstifadəçilər bildirirlər ki, özəl internet proveydlərin istifadəçilərinin abunə xətlərində baş verən zədələnmələrin düzəldilməsi bilərəkdən yubadılır.

Onlar son günlərdə yüzlərlə özəl provayder istifadəçisinin qərəzli şəkildə internetsiz qaldıqlarını da qeyd edirlər.

Məlumatımıza görə, yüzədək internet istifadəçisi problemlə bağlı Rabitə və yüksək texnologiaylar naziri Ramin Quluzadəyə şikayət məktubu ünvanlayıb.

Xatırladaq ki, son zamanlarda bəzi özəl provayderlərin yerlərdə problemlərlə üzləşdiyi haqda məlumatlar vermişdik.

Bir müddət öncə Gəncədə uzun illərdir fəaliyyət göstərən CNC.AZ MMC provayderinin xidmətində də belə problemlər yaranmışdı. 

 

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.