Qərb Universiteti Bakcell ilə əməkdaşlığa başladı-Foto

15-12-2017 / 10:40

Qərbi Kaspi Universiteti (Western Caspian University )  Bakcell  ilə əməkdaşlıq memorandumu imzalayıb.

Bu barədə Xeberler.az-a universitetdən məlumat verilib.

Bildirilib ki, sənəd tərəflər arasında elm, təhsil, kadr məsələləri, qarşılıqlı maraq kəsb edən digər sahələrdəki əməkdaşlığı nəzərdə tutur .

Sənəd birgə layihələrin, əməkdaşlıq edilən sahələr üzrə elmi tədqiqat işlərinin aparılmasında stimullaşdırıcı tədbirlərin qarşılıqlı həyata keçirilməsi, tələbələrin təcrübə keçməsi üçün dəstək verilməsi, universitet məzunlarının ixtisaslarına uyğun işlə təmin edilməsinə dəstək verəcək.

Eyni zamanda razılaşmaya əsasən universitet tərəfindən qurulmuş Texnoparkın inkişaf etdirilməsi, bu Texnoparkda müxtəlif istiqamətlər üzrə startap layihələrinin həyata keçirilməsinə birgə dəstək göstərilməsi planlaşdırılır.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə