Qərb Universiteti regionda robototexnika təlimləri keçəcək

04-04-2018 / 17:28

Qərbi Kaspi Universiteti Texnoparkı aprel ayından başlayaraq hər həftə ölkənin müxtəlif rayonlarında məktəblilər üçün praktiki olaraq robototexnika təlimlərinə start verəcək.

Xeberler.az məlumat verir ki, layihə çərçivəsində Robototexnika Klubunun üzvləri müəllimləri ilə birgə bölgələrdə yerləşən rayon-kənd məktəblərinə gedərək, orada şagirdlərə təlim keçəcək.

Bununla yanaşı, praktik olaraq LEGO robotları üzərində işləməyə şərait yaradacaqlar.

“Məktəbli mühəndislər” layihəsi çərçivəsində keçiriləcək təlimlərin məqsədi texnologiya mühəndisliyi ixtisaslarının məktəblilər arasında təbliği və robototexnika mühəndisliyinə marağı olan şagirdlərdə baza bilik və bacarıqlarını formalaşdırmaqdan ibarətdir. 

Layihə çərçivəsində Robototexnika Klubunun üzvləri müəllimləri ilə birgə bölgələrdə yerləşən rayon-kənd məktəblərinə gedərək, orada şagirdlərə təlim keçəcək, eləcə də praktik olaraq LEGO robotları üzərində işləməyə şərait yaradacaqlar.

Qeyd edək ki, tədrisin keyfiyyətinin və praktik yönümünün gücləndirilməsinə yönəlmiş tədbirlər, eyni zamanda infrastruktur layihələri həyata keçirən Qərbi Kaspi Universitetində bu tədris ilindən etibarən Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi, eləcə də Yüksək Texnologiyalar Parkı (Texnopark) fəaliyyət göstərir.

Texnoparkda Biznes-İnkubasiya Mərkəzi, Texnoloji Transfer Ofisi, Mexatronika və Robototexnika Laboratoriyası, İdeya Bankı və başqa mərkəzlər var. Texnoparkdan sərbəst istifadə imkanı yaradılıb. Belə ki, ideyası olan tələbələr və şagirdlər texnoparka müraciət edərək dəstək ala bilirlər. Texnopark orta məktəb şagirdlərini də müxtəlif layihələrə, praktik çalışmalara cəlb edir.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə