Qərb Universitetindən üçlü diplom-Layihə

15-02-2018 / 12:58

Qərbi Kaspi Universiteti ikili diplom proqramını daha bir tərəfdaşlıq layihəsi ilə üçlü diplom proqramına çevirib.

Bu barədə Xeberler.az-a Universitetdən məlumat verilib.

İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (UBIS) ilə birgə həyata keçirilən MBA proqramı ABŞ-ın Potomak Universiteti (University of Potomac) ilə əməkdaşlıqla bir qədər də genişləndirilib.

Universitetin ikili diplom proqramında təhsil alan tələbələri üç istiqamətdən (Menecment, Marketinq, Bank işi və Maliyyə) birini seçib, əlavə 4 fənn keçməklə üçüncü diplom da əldə edə biləcəklər.

Qeyd edək ki, Potomak Universiteti 1989-ci ildə Vaşınqton şəhərində yaradılıb. Universitet Middle States Commission on Higher Education (Middle States Ali Təhsil Komitəsi) tərəfindən akreditasiyadan keçib.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə