Qərb Universitetinin saytı yeniləndi

08-08-2015 / 14:39

Azərbaycanın  ilk özəl universitetlərindən  olan Qərb Universitetinin rəsmi saytının yeni dizaynı istifadəyə verilib.

Bu barədə Xeberler.az-a Universitetdən məlumat verilib.

Yeni sayt müasir görkəmi və bir çox funksiyası ilə fərqlənir. Belə ki, sayt 2 dildə (Azərbaycan və İngilis dili)  fəaliyyət göstərir.

Qeyd edək ki, Universitetin yeni saytında tələbələrin elektron kitabxanadan istifadə edə bilməsi,  imtahan nəticələrinin online yerləşdirilməsi, gündəlik paylaşılan xəbərlərə abunəlik sistemi  yaradılıb.

Həmçinin saytda gələcəkdə keçiriləcək tədbirlər haqqında sağ sütünda aşağıda məlumat verilir və tədbirdə iştirak etmək istəyənlər buradan  iştirakını təsdiqləyə bilirlər.

Yeni saytda Universitet haqqında bütün məlumatlar yerləşdirilib tələbələr istədikləri məlumatı asanlıqla İnternet üzərindən ala bilirlər.

Məlumata görə, yaxın müddətdə sayta  bir çox funksiyaların əlavə olunması planlaşdırılır.

Məltəm Talıbzadə

 

 

 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə