Qeydiyyat üçün Facebook-u seçənlərin sayı artıb

06-04-2015 / 17:06

Facebook sosial şəbəkə hesabı vasitəsilə saytlarda qeydiyyatdan keçən  istifadəçi sayını artırmaqda davam edir. Bu barədə Janrain şirkətinin 2015-ci il üzrə Q1 hesabatında göstərilir. Bu vəziyyət B2B bazarının və istehlak markalarının payının artmasına səbəb olub.

Xəbərlər Searchengines.ru-ya istinadən məlumat verir ki, bu ilin birinci rübündə Facebook-un payı 2014-cü ilin Q4 hesabatına nisbətən 2 bal çoxalaraq 45 faizə çatıb. Google-un payına 37 faiz düşüb. Digər sosial media səhmləri faktiki olaraq dəyişməz qalıb.

Janrain-in məhsul və marketinq üzrə vitse-prezidenti Ceymi Beklend hesab edir ki, istifadəçilərin Facebook vasitəsilə saytlarda qeydiyyatdan keçməsinə səbəb onların mobil operatorlardan daha çox istifadə etməsidir. Onun sözlərinə görə, iPhone 6 və iPhone 6 Plus istifadəçilərinin mobil operatorlardan istifadə edərək saytlarda qeydiyyatı çoxalıb.

B2B bazarında da Facebook-un payı çoxalıb.

Facebook-un 2015-ci il üzrə Q1 göstəricisi 2014-cü il üzrə (58 faiz) Q4 -ə nisbətən 9 faiz daha çoxdur. Google-un payı isə 9 bal azalıb.

Janrain həmçinin musiqi, oyun, əyləncə və s. kimi digər sənaye sahələrinə nəzarət edir. Bu kateqoriyalara yalnız kiçik dəyişikliklər ifadə edilib.

Ruhəngiz Muradova


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.