Qeydiyyata alınan radiotezlik istifadəçilərinin sayı açıqlanıb

04-12-2015 / 10:24

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi (DRİ) qeydiyyatda olan radiotezlik istifadəçiləri və radioelektron vasitələr (REV) haqqında statistik məlumatı açıqlayıb.

Nazirlikdən Xeberler.az-a bildirilib ki, idarədə 475 radiotezlik istifadəçisi (müəssisə, idarə, təşkilat və fiziki şəxslər) qeydiyyatdadır. Onlardan 70-i dövlət, 335-kommersiya, 31-i xarici təşkilat və 39 istifadəçi isə fiziki şəxslərdir.

Bu ilin müvafiq dövründə 6774 radioelektron vasitə DRİ-də qeydiyyata alınıb. İdarədə qeydiyyatda olan REV-in ümumi sayı 48 min 334 ədəd təşkil edir.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə