Qeydiyyatdan keçən domenlərin sayı açıqlandı

03-04-2015 / 11:47

Azərbaycanda bu günədək 24019 domen adı rəsmi qeydiyyatdan keçib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Xəbərlər-ə  bildiriblər ki, ilin əvvəlindən 2089 domen qeydiyyatdan keçirilib, 1174 domen isə ləğv edilib, nəticədə bu ilin birinci rübündə ölkədə xalis domen artımı 915 olub. Hazırda Azərbaycanda 22262 *.az, 1046 *.com.az, 229 *.edu.az, 130 *.org.az, 75 *.net.az, 42 *.int.az, 89 *.co.az, 35 *.pp.az, 73 *.info.az, 25 *.biz.az, 12 *.name.az, 1 *.pro.az domeni qeydiyyatdan keçirilərək istifadə edilir. Son üç ilin dinamikasına nəzər salsaq görərik ki, *.az domen zonasında kəskin artım templəri bu il nisbətən zəifləyib. Ötən il ərzində domen qeydiyyatının artımı 10 faiz təşkil edib.

Qeyd edək ki, 2009-cu ildə illik artım 2 min domen təşkil edirdisə, 2010-cu ildə bu göstərici 3 min, 2011-ci ildə 4387, 2012-ci ildə 5478, 2013-cü ildə isə 2338 domen adı olub. 

Məltəm Talıbzadə 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə