Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının saytı fəaliyyətə başladı

19-10-2009 / 18:43

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının “qhtxeber.az” saytı fəaliyyətə başlayıb. Şuradan verilən məlumata əsasən sayt ölkədə QHT inkişafının praktiki və nəzəri məsələlərini işıqlandıracaq.

Sayt üçüncü sektora aid gündəlik informasiya mübadiləsinə əməli yardım etmək üçün bütün ölkə QHT-lərinin reallaşdırdığı layihələrin, o cümlədən Şura tərəfindən maliyyələşdirilən layihələrin həyata keçirilməsi prosesini hərtərəfli işıqlandıracaq. 

Saytda QHT-lərin fəaliyyətini əks etdirən bütün növ xəbərləri, elanları, hesabatları yerləşdirmək, QHT qanunvericiliyi, donor fəaliyyəti, QHT-lərin koalisiya və beynəlxalq əməkdaşlığı haqqında materialları ictimai müzakirəyə çıxarmaq mümkündür. Saytda, həmçinin, ayrı-ayrı QHT rəhbərlərinin müxtəlif mətbuat orqanlarında getmiş müsahibə və məqalələrinə də geniş yer veriləcəkdir.

Qeyd etmək lazımdır ki, layihələrin həyata keçirilməsində şəffaflığın artırılması üçün Şura növbəti maliyyə yardımı müsabiqələrində QHT-lər tərəfindən informasiya təminatını müqavilə şərtlərinə daxil etməyi planlaşdırır. Bu baxımdan, sayt həm təcrübə, həm də informasiya  mübadiləsi üçün xüsusi əhəmiyyət daşıyır.

Sayt ölkənin bütün QHT-ləri və jurnalistləri üçün açıq informasiya məkanı rolunu oynamağa çalışacaq. Burda hər kəs ölkəmizin ictimai həyatına aid fikirlərini bölüşə və gedən diskussiyalara öz münasibətini bildirə bilər.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə