Qırğızıstan kanalları Azerspace-1 üzərindən yayıma başladı

08-09-2017 / 17:35

Qırğızıstanın altı televiziya – Asia TV, Osh Pirim TV, Kyrgyzstan TV, Sentyabr TV, Ekho Manas TV və Next FM radio kanalları Azerspace-1 peyki üzərindən yayıma başlayıb.

Bu barədə Xeberler.az-a qurumdan məlumat verilib.

Azərkosmos ASC ilə imzalanan müqaviləyə əsasən, sentyabr ayından etibarən televiziya kanalları 11015/H/13000 və radio kanalı 11095/V/30000 tezliyi ilə yayımlanır.

Adıçəkilən kanallar vasitəsilə qırğız və rus dillərində ictimai, siyasi, iqtisadi, idman, musiqi, əyləncə və mədəniyyət verilişləri nümayiş edilir.

 Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə