Qış Olimpiadasının internet və televiziya sistemi dağıdıldı

12-02-2018 / 22:50

Məlumat verdiyimiz kimi, hazırda Cənubi Koreyada ən rəqəmsal Qış Olimpiadası keçirilir.

Belə ki, Pyeongchang şəhərində təşkil edilən tədbirin açılış mərasimi kiberhücumla yadda qalıb.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, oyunların internet və televiziya sistemlərinə hücum edilərək dağıdılıb.

Beynəlxalq Olimpiya Komitəsinin (IOC) sözçüsü Mark Adams hücumu təsdiq edib. Onun sözlərinə görə, internet və televiziya sistemlərinin bərpası üçün uzun vaxt sərf ediblər.

Sistemlərinin daha təhlükəsiz hala gətirildiyini bildirən Adams hücumun arxasında dayananların adını açıqlanmayacağını vurğulayıb.

Günel

 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.