Qlobal startapımız Lendock fəaliyyətə başladı

07-06-2016 / 16:17

Məlumat  verdiyimiz kimi, Azərbaycanda yaradılan daha bir qlobal startap olan Lendock  BETA versiyasıda  istifadəyə təqdim edilmişdi.

Platforma bu gündən etibarən rəsmi olaraq tam fəaliyyətə başlayıb.

Bu barədə Xeberler.az -a layihə rəhbəri Ağahüseyn Əhmədov məlumat verib.

Layihə rəhbəri qeyd edib ki, Lendock nəqliyyat vasitələrinin icarəsi platformasıdır və bu platforma istəyinizə uyğun olan nəqliyyat vasitələrini tam rahatlıqla tapmağa kömək edəcək:

“Burada fərqli növ nəqliyat vasitələrini (sedan, toy avtomobili,  səyahət üçün avtobus) tapa bilərsiniz.  Bundan əlavə, Lendock bütün nəqliyyat  vasitlərinin sahiblərinə pul qazanmaq imkanı verir".

Ağahüseyn Əhmədov bildirib ki, Lendock-un əsas səhifəsi (http://lendock.com) istənilən bir şəxsə platforma üzərindən büdcəsinə uyğun nəqliyyat vasitəsi tapmağa imkan yaradır:

“Platformanın ximətindən istifadə çox rahatdır. Belə ki, icarə etmək istədiyiniz tarixləri, büdcənizi və  nəqaliyyat növünü qeyd edərək axtarış edə bilərsiniz. Və ya hazır axtar düymələrindən istifadə edib birbaşa nəticələrə keçə bilərsiniz”.

Onun sözlərinə görə, Lendock istifadəçilərin icarə üçün nəqliyyat  vasitələrinin axtarışını rahatlaşdırmaqdan savayı, həm də pul qazanmaq üçün çox əlverişli imkan yaradır:

“Belə ki, hər bir kəs öz nəqliyyat  vasitəsini bizim platforma üzərindən digərlərinə icarəyə verə bilər. Bununla siz icarədən gələn pulun 90 fazini  əldə edirsiniz (10 fazi Lendock-un əməliyyatlarına gedir). İcarə qiymətini və elanın platformada hansı vaxt məşğul və ya icarə götürülməyə uyğun olduğunu hər bir şəxs özü təyin edir. Bir həftə ərzində icarə olunmuş  nəqliyyat vasitələrindən orta hesabla 500 AZN-dən çox gəlir əldə etmək olar”.

 

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə