Qrant müsabiqəsinin qalib startapları nə vaxt açıqlanacaq?

13-09-2017 / 12:43

Məlumat verdiyimiz kimi, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun  növbəti qrant müsabiqəsində 71 startap mübarizə aparır.

Belə ki, bu il kompleks ekspertizaya təqdim olunmuş 150 layihədən 71-i müsbət rəy alıb. Müsbət rəy almış layihələr yekun qərarın verilməsi üçün Fondun Müşahidə Şurasına təqdim edilib.

Müşahidə Şurasının növbəti iclasının isə sentyabrın 15-də keçiriləcəyi nəzərdə tutulub.

Saytımıza qrant müsabiqənin nəticələrinin elan ediləcəyi vaxtla bağlı çox sayda sorğu daxil olur.

Bunları nəzərə alaraq məsələ ilə yenidən maraqlandıq.

Fonddan Xeberler.az-a verilən məlumata görə, qrant müsabiqəsinin qalibləri sentyabrın 20-nə qədər açıqlanacaq.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə