Qrant qazanmaq istəyən startapçıların nəzərinə

28-04-2017 / 11:09

Məlumat verdiyimiz kimi, hazırda İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun İKT layihələr üçün elan etdiyi növbəti qrant müsabiqəsinə qeydiyyat davam edir.

Fond bu istiqamətdə maraqlı tərəflərə daha ətraflı məlumat vermək üçün infosessiya təşkil edir.

Xeberler.az-ın məlumatına görə, mayın 3-də keçiriləcək tədbirdə Fondun nümayəndələri qrant müsabiqəsinin tələbləri və şərtləri ilə bağlı məlumat verməklə yanaşı, iştirakçıların suallarını da cavablandıracaq.

Qeyd edək ki, infosessiya Elektron Hökumət Təlim-Tədris Mərkəzində keçiriləcək.

Tədbirdə maraqlanan hər kəs iştirak edə bilər.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə