Rabitəçilər ağacəkmə aksiyasında iştirak edib

10-05-2016 / 15:11

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyi ilə birgə Bakı şəhərinin ətraf ərazilərində ağacəkmə aksiyası keçirib.

 RYTN-dən Xeberler.az-a verilən məlumata görə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar olaraq keçirilən aksiya çərçivəsində minlərlə müxtəlif növ ağac əkilib.

Bu cür aksiyaların keçirilməsində məqsəd ağac əkməklə ekoloji balansın bərpasına, təbii mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.

Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin regionlarda fəaliyyət göstərən müəssisələri də  yaşıllaşdırma və abadlıq işləri aparıb.   

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə