Radiotezlik istifadəçiləri haqda statistika açıqlanıb

02-10-2015 / 11:55

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi (DRİ) DRİ-də qeydiyyatda olan radiotezlik istifadəçiləri və radioelektron vasitələri (REV) haqqında statistik məlumatları təqdim edib.
 
Xeberler.az bildirir ki, oktyabrın 1-nə Dövlət Radiotezliklər İdarəsində 470 radiotezlik istifadəçisi (müəssisə, idarə, təşkilat və fiziki şəxslər) qeydiyyatdadır. Onlardan 70 istifadəçi dövlət, 329 istifadəçi kommersiya, 31 istifadəçi xarici təşkilat və 40 istifadəçi isə fiziki şəxslərdir.
 
2015-ci ilin müvafiq dövrü ərzində 5444 ədəd radioelektron vasitəsi (REV) DRİ-də qeydiyyata alınıb. DRİ-də qeydiyyatda olan REV-in ümumi sayı 48672 ədəd təşkil edir.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə