RAHAT marketə getmədən onlayn sifariş edə bilərsiniz

25-02-2016 / 11:33

RAHAT marketlər şəbəkəsinin online satış həyata keçirən RAHATMARKET.AZ saytı fəaliyyətə başlayıb.

Xeberler.az-ın məlumatına götə,  artıq RAHAT marketlər şəbəkəsinə gələ bilməyən insanların da, rahat-rahat evində və ya iş başında sifariş verməsi mümkündür.

Xidmət vasitəsi ilə 20 manatdan yuxarı bütün sifarişlər, məsafədən asılı olmayaraq pulsuz çatdırılır. Bu xidmət Bakıda, Abşeronda və Xırdalanda həyata keçirilir.

Müştəri yaşadığı yerə və ya istənilən digər ünvana sifarişi verə bilər. Sifariş verildikdən sonra, müştəriyə RAHAT marketin müştəri xidmətlərindən zəng olunur və sifarişin təsdiqlənməsi üçün müştərinin yekun cavabı alınır. Sifarişlər 3 saat ərzində çatdırılır. Sifarişin ödənişi müvəqqəti olaraq yalnız qapıda poss terminalla və ya nağd ödənilə bilər. Sifariş çatdırıldıqdan sonra yenidən RAHAT marketdən müştəriyə zəng olunur və sifarişin çatması, irad və təkliflər soruşulur.

Bundan başqa bütün müştərilərə "İZ kart" bonus kartı təklif olunur ki, buradan müştəri sifariş etdiyi məbləğin 1 faizini  məbləğ olaraq dərhal geri qazanmış olur. Müştəri həmin məbləğlə yenidən alış-veriş etmək və kommunal xərclərini ödəmə imkanı qazanmış olur.

Sifariş zamanı yarana biləcək suallarla bağlı müştərilər saytda göstərilən "Müştəri xidmətləri" bölməsinə yazılı müraciət edə bilərlər.

Rahatmarket.az online satış bazasında olan bütün məhsulların qiyməti RAHAT marketlərdə satılan məhsulların qiyməti ilə eynidir.

Buna görə də, RAHAT marketlər şəbəkəsi öz əməkdaşlarının maddi və sosial vəziyyətinin, iş şəraitinin yaxşılaşdırılması sahəsində əməli işlər görür, gələcəyə aid planlar hazırlayır və perspektiv vəd edən gənclərə investisiya yatırır.

 Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.