Ramin Quluzadə Ağcabədidə vətəndaşlarla görüşəcək

25-10-2016 / 15:17

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə oktyabrın 28-də saat 12.00-da Ağcabədi şəhərində Ağcabədi, Beyləqan, Zərdab, Füzuli, İmişli və Xocavənd rayonlarında yaşayan əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Nazirlikdən Xeberler.az-a verilən məlumata  görə,  vətəndaşlar mincom@mincom.gov.az elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, (012) 5983818 nömrəli telefon vasitəsilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün Ağcabədi rayonunda (02127) 55299, Beyləqan rayonunda (02122) 53233, Zərdab rayonunda (02029) 64299, Füzuli rayonunda (02631) 55160, İmişli rayonunda (02124) 64366, Xocavənd rayonu üzrə (02122) 35448 əlaqə nömrələrinə zəng etmək olar.

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.