Rayon məktəblərinə sürətli internet çəkilir

19-08-2015 / 10:55

Azərbaycan Təhsil Şəbəkəsinə indiyədək (AzEduNet) Təhsil Nazirliyi və onun tabeçiliyində olan 2000 təhsil müəssisəsi - təhsil İdarələri, şöbələri, ali, orta və orta ixtisas məktəblər qoşulub.

Bu barədə Xeberler.az-a Təhsil sisteminin informasiyalaşdırma idarəsindən məlumat verilib.

Qurumdan qeyd edilib ki,  Bakı şəhəri üzrə 37 ümumtəhsil məktəbi fiber optik kabellər vasitəsilə Azərbaycan Təhsil Şəbəkəsinə qoşulub. Hazırda respublikada rayonlar üzrə 17 ümumtəhsil məktəbi fiber optik kabellərlə Azərbaycan Təhsil Şəbəkəsinə qoşulub.

İdarənin məlumatına görə təhsil müəssisələri fiber optik, ADSL və Simsiz (3G, Peyk antenası və s.)  texnologiyalarla  internetə bağlanıb.  Cəmi 74 təhsil müəssisəsi fiber optik xətlə təhsil şəbəkəsinə qoşulub.

İdarədən onu da bildiriblər ki,  məktəblərin fiber optiklə təmin olunması üçün öncə təhsil müəssisələrin təmir vəziyyəti, yerləşdiyi ərazi, qoşulma üçün texniki şəraiti, İKT avadanlığın sayı və s. yoxlanılır.

Sonra təhsil müəssisəsində AzEduNet şirkəti tərəfindən lokal şəbəkə çəkilir,  İKT avadanlığı tam işlək vəziyyətə gətirilir.   Bütün bu şərtlər ödənildikdən sonra təhsil müəssisəsinə fiber optik kabellər çəkilir və sonradan texniki xidmətin təşkili təmin olunur.

Bütün ölkəni əhatə edən Azərbaycan Təhsil Şəbəkəsində xidmətləri həyata keçirmək üçün mütəxəssis komandası fəaliyyət göstərir. Bu məqsədlə AzEduNet Təhsil Nazirliyi, Aztelekom MMC, BTRİB  ilə əməkdaşlıq edir. 

 

Ruhəngiz Muradova

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.