Rayonların interneti kəsildi

15-08-2015 / 15:16

Bərdə, Ağdam, Tərtər, Ağcabədi rayonlarına internetin verilməsi dayandırılıb.

Bu gün saat 09:00-dan sonra adıçəkilən rayonların sakinləri internetdən istifadə edə bilmirlər.

Xeberler.az APA-ya istinadən məlumat verir ki, sakinlərə bildirilib ki, problem paytaxtdan internetin ötürülməməsi bağlıdır.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi, nazirin müşaviri Müşfiq Əmirov bu məlumatı təsdiqləyib.

Onun sözlərinə görə, bu rayonlara internetin bərpası istiqamətində iş gedir. “Eyni zamanda, problemin hansı səbəbdən qaynaqlandığı araşdırılır. 1-1,5 saata problem həllini tapacaq, bu rayonlara internetin verilməsi bərpa olunacaq”, – deyə M.Əmirov vurğulayıb.

Xeberler.az

 

 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə