Regional Data Mərkəzin işi yüksək qiymətləndirilib

17-07-2017 / 17:22

AzInTelecom  dünya üzrə yüzdən artıq ölkədə fəaliyyət göstərən və sertifikatlaşdırma xidmətləri göstərən Norveçin DNV GL şirkəti tərəfindən həyata keçirilən müstəqil auditin nəticələrinə görə ISO 27001 Beynəlxalq İnformasiya Təhlükəsizliyi Standartına layiq görülüb.   

Xeberler.az-ın məlumatına aktivində artıq ISO 20000 sertifikatı olan AzInTelecom ISO 27001 sertifikatı ilə informasiya təhlükəsizliyini və məlumat mübadiləsinin təkmilləşdirilməsini, eləcə də, idarəçilikdə şəffaflığı stimullaşdıracaq.

 Standartın xarakteristikasına əsasən, AzInTelecom-un Data Mərkəzi və onun texniki imkanları informasiya təhlükəsizliyi standartlarına tam uyğundur. Bu o deməkdir ki, AzInTelecom-un Data Mərkəzində yerləşdirilən məlumatlar kompleks təhlükəsizliklə təmin olunmaqla yanaşı, (24/7 rejimində fiziki və virtual təhlükəsizlik), sözügedən məlumatlara müştəri tərəfindən çıxış da avtomatlaşdırılaraq beynəlxalq standartlara uyğunlaşdırılıb. Eyni zamanda, beynəlxalq standart və prinsiplər biznes proseslərinin idarə olunmasına da şamil olunub.

TIER III beynəlxalq sertifikatlarına malik AzInTelecom-un Data Mərkəzində bulud texnologiyalarına əsaslanan “İnfrastruktur xidmət kimi” (İaaS) həllər (virtual şəbəkə, virtual saxlama, virtual infrastruktur, backup və digər) təklif olunur. Büdcə xərclərinin optimallaşdırılması və idarəetmənin avtomatlaşdırılmasına yönələn  İaaS xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün www.datamerkezi.az veb səhifəsindən istifadə edə bilərsiniz.

Məltəm Talıbzadə

 

 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.