Regional Data Mərkəzin rəsmi saytı istifadəyə verildi

20-07-2017 / 10:20

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən AzInTelecom MMC yeni fəaliyyətə başlayan Data Mərkəzinin veb saytını ictimaiyyətə təqdim edib.

Bu barədə Xeberler.az-a NRYTN-dən məlumat verilib.

Qeyd edilib Data Mərkəzi və onun təklif etdiyi infrastruktur əsaslı xidmətlərə artan tələbat və maraq nəzərə alınaraq Data Mərkəzi üçün xüsusiləşdirilmiş veb sayt istifadəyə verilib.

Sayt beynəlxalq data mərkəzləri və onların nəzdində analoji xidmətlər təklif edən dünya üzrə tanınmış şirkətlərin təcrübəsi əsasında yaradılıb.  

www.datamerkezi.az saytı Data Mərkəzi, onun xüsusiyyətləri, infrastruktur həlləri və onların əsasında formalaşan müxtəlif kommersiya təklifləri ilə tanışlıq üçün vahid platforma rolunu oynayır.

Sayt vasitəsilə istifadəçilər Data Mərkəzinin ümumi xarakteristikası, onun texniki təchizatı haqqında məlumat əldə etməklə yanaşı, öz tələb və ehtiyaclarına uyğun olan infrastruktur həllərinə dair sorğular da yönləndirə biləcəklər.      

Ən son dövri texnologiyalardan istifadə edilməklə keyfiyyətli telekommunikasiya xidmətləri göstərməyi özünə məqsəd seçən AzInTelecom-un Data Mərkəzi   2016-cı ilin sonunda istismara verilib və Nazirlər Kabinetinin qərarı  ilə Azərbaycan Respublikasında mühafizə olunmalı, həyat təminatlı və mühüm əhəmiyyətli obyektlərin siyahısına daxil edilib.  

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə