Regional DATA mərkəzin sertifikatlaşdırılması davam edir

03-09-2015 / 11:50

Məlumat veriyimiz kimi, hazırda Azərbaycanda ilk Tier III səviyyəli regional DATA mərkəzi  (Məlumatların Emalı və Saxlanılması Mərkəzi) yaradılır.

Xeberler.az -ın məlumatına görə, DATA mərkəzlərin sertifikatlaşdırılması sahəsində ixtisaslaşan ABŞ-ın Uptime İnstitutunun mütəxəssisləri Azərbaycanın ilk Tier III səviyyəli regional DATA mərkəzinin (Məlumatların Emalı və Saxlanılması Mərkəzi) sertifikatlaşdırma mərhələsinə başlayıblar. Sertifikatlaşdırma (design certificate və facility certificate) prosesinə avqustun 24-dən start verilib.

“ Hazırda mərkəzin sertifikatlaşdırılması davam edir. Hələlik bu fəaliyyətlə bağlı bütün işlər qaydasındadır.  DATA mərkəzin sertifikatlaşdırılması ilə bağlı verilmiş standartalara uyğun  texniki parametlər hazırlanır”.

Bu barədə Xeberler.az-a Azerbaijan International Telecom (AzİnTelecom) Məhdud Məsuliyyətli Cəmiyyətinin texniki işlər üzrə direktor müavini Məzahim Quliyev məlumat verib.

Onun sözlərinə görə, DATA mərkəzin sertifikatlaşdırma  mərhələsi yaxın  15 gün ərzində tamamlanacaq.

Məzahim Quliyev DATA Mərkəzin istifadəyə  veriləcəyi tarixdən də danışıb:

“Məlumatların Emalı və Saxlanılması Mərkəzinin oktyabr ayında  istifadəyə verilməsi nəzərdə tutulur. Rəhbərliklə müzakirələrdən sonra istifadə tarixini açıqlayacağıq”.
 
Qeyd edək ki, sözügedən sertifikat prosesin dəqiqliklə icra olunduğunu, mərkəzin fəaliyyət keyfiyyətini təsdiqləyən beynəlxalq sənəddir. Bu sertifikatın əldə olunmasını zərurətə çevirən başqa amil də var. Belə ki, beynəlxalq operatorlar trafik mübadiləsi zamanı DATA mərkəzlərin Uptime İnstitutunun müəyyənləşdirdiyi meyarlara cavab verməsini əsas tələb, mütləq şərt kimi irəli sürürlər.
 

 

Məltəm Talıbzadə 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə