Regional DATA mərkəzin sertifikatlaşması yekunlaşır

17-09-2015 / 11:45

Məlumat verdiyimiz kimi, hazırda Azərbaycanda ilk Tier III səviyyəli regional DATA mərkəzi (Məlumatların Emalı və Saxlanılması Mərkəzi) yaradılır.

Xeberler.az -ın məlumatına görə, DATA mərkəzlərin sertifikatlaşması sahəsində ixtisaslaşan ABŞ-ın Uptime İnstitutunun mütəxəssisləri Azərbaycanın regional DATA mərkəzinin sertifikatlaşma mərhələsinə başlayıblar.

Sertifikatlaşma (design certificate və facility certificate) prosesinə avqustun 24-dən start verilib.

“Hazırda mərkəzin sertifikatlaşması yekunlaşmaq üzrədir. DATA mərkəzin sertifikatlaşması ilə bağlı verilmiş standartalara uyğun texniki parametlər üzrə son tamamlanma işləri görülür”.

Bu barədə Xeberler.az-a Azerbaijan International Telecom (AzİnTelecom) Məhdud Məsuliyyətli Cəmiyyətinin texniki işlər üzrə direktor müavini Məzahim Quliyev məlumat verib.

Onun sözlərinə görə, DATA mərkəzin sertifikatlaşma  mərhələsi yaxın bir həftə ərzində tamamlanacaq.

Sevinc Çəltikova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə