Regional Data Mərkəzin xidmətindən niyə istifadə etməli?

21-04-2017 / 10:54

AzInTelecom xüsusi və potensial müştərilər üçün Regional Data Mərkəzinə məlumat turlarının təşkilinə başlayıb.

Xeberler.az-ın məlumatına görə, turlar çərçivəsində müştərilərə Data Mərkəzinin xidmətləri, mərkəzin avadanlıq və proqram təminatları, məlumatların təhlükəsiz şəraitdə mühafizəsi, təhlükəsizlik risklərinin minimuma endirilməsi barədə ətraflı məlumatlar veriləcək.

Turlarla bağlı ətraflı məlumat əldə etmək üçün (012) 200 01 27 nömrəsindən və ya sales@azintelecom.az ünvanına müraciət edə bilərsiniz.   

Qeyd edək ki, TIER III və ISO 20000 beynəlxalq sertifikatlarına malik regional Data Mərkəzində bulud texnologiyalarına əsaslanan “İnfrastruktur xidmət kimi” (İaaS) həllər (virtual şəbəkə, virtual saxlama, virtual infrastruktur, “backup” və digər) təklif edilir.

Büdcə xərclərinin optimallaşdırılması və idarəetmənin avtomatlaşdırılmasına yönələn İaaS xidmətləri potensial müştərilərinə texniki avadanlıq və proqram təminatlarının alınması, quraşdırılması, texniki istismarı üçün vəsait xərcləmədən məlumat itkisi ilə bağlı riskləri minimuma endirən etibarlı infrastruktur əldə etmək imkanı yaradır.

Ümumilikdə 700 m2 sahəyə malik olan Data Mərkəzi müştərilərini 99,982 % etibarlılıq səviyyəsi ilə təmin edir. Data Mərkəzində 24/7 müştəri xidmətləri və 24/7 nəzarət olunan Şəbəkə İdarəetmə Mərkəzi mövcuddur. 

Yüksək səviyyədə keyfiyyətli xidmətin təmin edilməsi məqsədilə mərkəzdə dünya nəhəngləri, məşhur HP, RADWARE, PALOALTO və CİSCO şirkətlərinin avadanlıqları və proqram təminatı quraşdırılıb.

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.