Regionda xanımlar üçün növbəti İKT tədbir keçirilib

18-05-2018 / 10:12

12-13 may tarixlərində Qubada “Azərbaycan Qadınları İKT-də - FEMMES DIGITALES” klubu tərəfindən təşkil edilən ənənəvi regional tədbir keçirilib.

Xeberler.az bildirir ki, bu tədbirin məqsədi Azərbaycan xanımlarının informasiya-kommunikasiya texnologiyaları sahəsinə cəlb edilməsidir.

Tədbir İKT-də qızlar beynəlxalq gününə təsadüf etmiş və Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyi üzrə Dövlət Agentliyi ASAN Xidmət Mərkəzi, eləcə də Klubun təsisçiləri və Asan İmza mobil elektron imzanın Operatoru sayılan B.EST Solutions şirkəti, Eurodesign, MONT, Microsoft, MUK, Azercell, R.I.S.K şirkətlərinin təşkilati dəstəyilə həyata keçirilib. 

Tədbirin partnyorları qismində Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi və STEP IT Akademiya çıxış edib. 

Tədbirdə Quba və Quba rayonundan 70-dən çox məktəbli xanım iştirak edib.

Tədbir zamanı innovativ start-aplar və onların reallaşdırılması mərhələlərinə xüsusi diqqət ayrılıb. İlk mərhələdə rəhbərlər tərəfindən təqdim olunan tədris materialları ilə tanış olmuş, qızları komandalara böldükdükdən sonra isə hər biri öz ideyalarının təqdimatını keçirmişdilər. Vaxtın böyük hissəsi tədbir iştirakçıları tərəfindən təklif olunan ideyaların reallaşdırılma imkanlarının müzakirəsinə həsr olunub.

Təqdimatların yekununa əsasən müsiflər heyəti tərəfindən gələcəkdə reallaşdırılması mümkün olacaq layihələrin qalibləri müəyyənləşdirilib.

Eləcə də tədbir zamanı robot texnikası üzrə məşğələlər keçirilib ki, bu məşğələlərdə iştirakçılar əyani şəkildə robotların proqramlaşdırılması prosesilə tanış ola bilib. 

Qalib komandaya iyul ayında “Barama”nın yay düşərgəsində iştirak etmək imkanı təqdim edilib. Bütün məktəbli qızlar diplomlar və xatirə hədiyyələrilə təltif olunub. 

“Azərbaycan Qadınları İKT-də - FEMMES DIGITALES” klubunun təsisçisi xanım Yana Krimpe məktəbli qızlar tərəfindən təqdim edilən və reallaşdırılma imkanı olan ideyalarla ilə qürur duyduğunu qeyd edib:

“Azərbaycan regionlarına hər səfərim və məktəbli qızlarla görüş, Klubun bütün digər üzvləri birlikdə məni də Azərbaycanın ən ucqar yerlərində belə hər bir məktəbli qız üçün innovasiyaların əlçatan olması məqsədilə hər şey etmək üçün ilhamlandırır. Onlardan hər biri innovativ və proqressiv Azərbaycanın bu günü və sabahıdır. Onların işıq saçan gözləri və xoşbəxt üzləri onlarla yenidən və yenidən görüşmək üçün əsas motivatordur. Bizim üçün də başlıca hədiyyə onların müəllimlərinin və valideynlərinin pozitiv məktubları və rəyləridir”.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.