Regionlarda əhalinin İKT savadlılığı artırılır

05-11-2015 / 09:58

Regionlarda “E-hökumət” həllərinin geniş tətbiqi və “bir pəncərə” prinsipi ilə elektron xidmətlərin təşkili, həmçinin, cəmiyyətin bütün üzvlərinin İKT savadlılığının artırılması istiqamətində xüsusi tədbirlər görülür.

Xeberler.az bildirir ki, bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumatında deyilir.

Qeyd edilib ki, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin dəstəyi ilə Bakı şəhəri və 15 bölgədə fəaliyyət göstərən “Elektron Hökumət” təlim-tədris mərkəzləri yaradılıb.  Belə ki, bu mərkəzlərdə dövlət qulluqçularına və digər kateqoriyadan olan istifadəçilərə İKT biliklərinin artırılması üzrə təlimlər keçirilməsi, həmçinin aztəminatlı ailələrin uşaqları üçün pulsuz kursların təşkili nəzərdə tutulur.
 
Məlumatda bildirilir ki, vətəndaşların elektron xidmətlərə çıxış imkanlarının artırılması üçün regionlardakı 45 poçt şöbəsində elektron köşklər qurulub və bu say gündən-günə artır.

Məltəm Talıbzadə

 

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.