Regionlarda gənclərin innovativ layihələrinə dəstək göstərilir

24-08-2016 / 14:20

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Region gənclərinin innovativ ideyalarının dəstəklənməsi” layihəsi çərçivəsində Şabran şəhərində ilk təlim keçirilib.

Fonddan Xeberler.az-a bildirilib ki, layihənin keçirilməsində məqsəd region gənclərinin bilik və bacarıqlarını artırmaq yolu ilə innovativ ideyalarına dəstək olmaqdır. Layihə çərçivəsində keçirilən təlimdə Şabran Rayon İcra Hakimiyyətinin nümayəndəsi Fərid Bağırzadə, fərdi ekspert Ramil Süleymanov və gənclər iştirak ediblər.

Layihənin icrası zamanı Ramil Süleymanov ideyaların yaranması, problemlərin araşdırılması və ixtiralar mövzularında çıxış edib.

İnteraktiv formada keçirilən təlimlərdə hədəfə doğru irəliləmək, uğurlu komanda təşkil etmək, hədəfli inkişaf proqramları, biznes inkubatorlarının axtarışı, maliyyə dəstəyinin tapılması, biznes plan yazılışı ilə bağlı geniş məlumat verilib.

Təlimin sonunda gənclər öz ideyaları barədə müzakirələr aparıblar.

Ən yaxşı və innovativ ideyalar irəli sürmüş gənclərin layihələri növbəti mərhələdə təşkil olunacaq sərgidə nümayiş etdiriləcək.

Günel 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.